Muxtar respublikada gənclər və idman sahəsinə göstərilən dövlət dəstəyinin nəticəsidir ki, yeniyetmə və gənc idmançıların uğurları hər ötən il daha da yüksəlir. Uğurlu idmançılardan biridə Elbrus Kərimlidir. İdmançı Rumıniyanın Arad şəhərində keçirlən “Dracula Open” beynəlxalq boks turnirində I yerə, Bakı şəhərində yeniyetmə boksçular arasında keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq turnirdə II yerə, Gürcüstanın Kutaisi şəhərində keçirilən yeniyetmə boksçular arasında beynəlxalq turnirdə III yerə, Rumıniyanın Ployeşti şəhərində keçirilən yeniyetmə boksçular arasında Avropa birinciliyində III yerə layiq görülmüş, boks idman növü üzrə bir sıra ölkə miqyaslı uğurlar əldə etmişdir.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman nazirinin müavini Məcid Seyidov Naxçıvan Muxtar Respublika Stadionun iclas zalında keçirilən iclasda sadalanan nəticələrin Naxçıvan idmanında önəmli nailiyyət olduğunu vurğulayıb, uğurlu seriyanın davam etdiriləcəyinə inamını ifadə edib. Həmçinin O idmançının fiziki hazırlıq səviyyəsi, təhsil həyatı və gələcək planları ilə də maraqlanıb.
Kərimli Elbrus göstərilən diqqətə və dəstəyə görə minnətdarlığını bildirərək, ona olan etimadı doğrultmaq üçün bundan sonra da səylə çalışacağını bildirib.
Sonda Məcid Seyidov idmançıya karyerasında müvəffəqiyyətlər arzulayaraq son illərdəki fəaliyyətinə görə onu nazirlik adından plaketlə təltif edib.